GBP/USD 1.2930$-a kimi bahalaşa bilər

24 May 2019

Bu gün Böyük Britaniyadan açıqlanması maraqla gözlənilən xəbərlərdən biri də Tereza Meyin istefası ilə bağlı yekun xəbərlərlə bağlı idi.

GBP/USD 1.2930$-a kimi bahalaşa bilər

Bir neçə saat əvvəl açıqlanan məlumata  əsasən Tereza Meyin istefa edəcəyi tarix 7 İyun olaraq qeyd edildi. Bu xəbər fonunda maliyyə bazarlarında  Funt Amerka dolları qarşısında müəyyən qədər bahalaşaraq 1.2710 səviyyələrində ticarət olunmaqdadır.

 

GBP/USD maliyyə aləti üçün 1.2780 və 1.2815 səviyyələri  vacib həddlər hesab edilir ki, qiymətin bu səviyyələrin üzərində ticarət etməsi  maliyyə alətinin 1.2930 səviyyələrinə kimi bahalaşmasına səbəb ola bilər.