GBP/USD maliyyə alətindəki imkanlar

07 Fevral 2019

Funt sterlinqin son iki həftənin minimum səviyyələrinə yaxın ticarət olunması, daha da ucuzlaşa biləcəyini proqnozlarının güclü qalmasına əsas verir.

GBP/USD maliyyə alətindəki imkanlar

GBP/USD valyuta cütlüyü Asiya sessiyasında etdiyi qalxışı davam etdirməkdə çətinlik çəkir. Hal-hazırda dəstək hədlərinə yaxın zonada ticarət olunan cütlüyün qiyməti  1.29 səviyyəsini aşağı istiqamətdə qırarsa, növbəti hədəflərinin 1.2880 və 1.2830 hədləri olması ehtimal edilir. 


GBP/USD cütlüyünün 2 həftəlik minimumlarda olmasını nəzərə alarsaq, qiymətin qeyd edilən səviyyələri yoxlaması çox çətin ehtimal hesab edilmir. 


Əks təqdirdə, qiymət geri dönüş edəcəyi halda, cütlüyün qiymətini yenidən 1.2975 və 1.3010 səviyyələrində görə bilərik.