GBP/USD mənfi fundamental göstəricilərlə ucuzlaşır

06 Fevral 2019

Böyük Britaniya iqtisadiyyatı ilə bağlı açıqlanan fundamental məlumatlar, Funt/Dollar valyuta cütlüyünün qiymətini təzyiq altında saxlamaqdadır.

GBP/USD mənfi fundamental göstəricilərlə ucuzlaşır

Böyük Britaniyada 2019-cu ilin yanvar ayı üçün açıqlanan xidmət sektorunda biznes aktivliyi indeksində azalma müşahidə edilib. Belə ki, göstərici 50.1 punkt olaraq dərc edilib.


Bu göstəricinin dekabr ayındakı göstəricidən (51.2) aşağı açıqlanması, GBP/USD valyuta cütlüyünü müəyyən qədər təzyiq altında saxlayıb və cütlüyün qiyməti 1.2925 həddinə qədər ucuzlaşmaya məruz qalıb. 


Qiymətin 1.2925 həddinin aşağısında qalması yeni minimumlar yarada bilər ki, bu da müvafiq olaraq cütlüyün qiymətinin 1.2865 və 1.2820 hədlərinin sınanılmasına səbəb ola bilər. GBP/USD məzənnəsi 1.2925 həddindən yuxarıda ticarət olunacağı təqdirdə, yenidən 1.3020 və 1.3075 hədlərinə qayıda bilər.