GBP/USD məzənnəsi minimumlarını yenilədi

04 Fevral 2019

Amerika sessiyasında dolların aparıcı valyutalara nisbətən qiymətlərində müşahidə edilən bahalaşma, özünü GBP/USD məzənnəsində də göstərir.

GBP/USD məzənnəsi minimumlarını yenilədi

GBP/USD məzənnəsi Amerika sessiyasında dolların aparıcı valyutalara nisbətən qiymətlərində bahalaşmanın sürətlənməsi ilə keçən həftənin dəstək səviyyəsini qırıb. 


ABŞ dolları cümə günü açıqlanan fundamental göstəricilərlə dəstəklənməkdədir. Belə ki, əmək bazarında məşğulların sayında proqnozların üzərində statistik rəqəmlər açıqlanıb və sənaye sektoruna dair göstəricilər də müsbət mənada təəccübləndirib. 


Funt sterlinq isə Böyük Britaniya ilə Avropa Birliyi arasında Breksit danışıqlarının çətin şəraitdə davam etməsi fonunda təzyiq altında qalmaqdadır. Bu, ölkədə siyasi və iqtisadi riskləri artırır, investisiya dövriyyəsinin azalmasına səbəb olur.


Təhlillərə əsasən, GBP/USD valyuta cütlüyünün qiyməti 1.3101$-ın altında qaldıqca, 1.2994$-a kimi də ucuzlaşa bilər. 


Bununla yanaşı, Bakı vaxtı ilə saat 19:00-da açıqlanacaq ABŞ-dan önəmli fundamental məlumatlar da ticarət aktivliyinin artmasına təsir edə biləcəyi gözlənilir. Belə ki, Amerikanın sənaye sektorunda sifarişlərin və daşınmaların həcminə dair statistik məlumatlar investorların diqqət mərkəzindədir.