GBP/USD məzənnəsi 1.3024$-a kimi ucuzlaşıb

24 Yanvar 2019

GBP/USD məzənnəsi bu gün Avropa sessiyasında avronun qiymətində müşahidə edilən ucuzlaşmanın təsiri altında 1.3024$-a kimi ucuzlaşıb.

GBP/USD məzənnəsi 1.3024$-a kimi ucuzlaşıb

Funt sterlinqin sonuncu təhlillərində göstərilənələrə əsasən, məzənnənin 1.3013$-ı yuxarı istiqamətdə qırması, 1.3174 və 1.3257$-a kimi də bahalaşa biləcəyi ehtimallarını gücləndirmişdi. Bu proqnozlar öz aktuallığını qorumaqla bərabər, hal-hazırda isə bu tendensiya fonunda 0.6%-lik ucuzlaşmanın şahidi oluruq. 


Təhlillərə əsasən, GBP/USD valyuta cütlüyünün qiyməti 1.3000$-ı da aşağı istiqamətdə qırarsa, ucuzlaşma 1.2942$-a kimi də davam edə bilər.