GBP/USD məzənnəsində 0.4%-lik ucuzlaşma

01 Fevral 2019

İngiltərənin sənaye sektoru ilə bağlı fundamental göstəricilərin mənfi açıqlanması, funtun cari həftənin minimumun yenilənməsinə səbəb olub.

GBP/USD məzənnəsində 0.4%-lik ucuzlaşma

Beynəlxalq valyuta birjalarında GBP/USD məzənnəsində ucuzlaşma daha da sürətlənib. Belə ki, İngiltərənin sənaye sektorunda biznes aktivliyi ölçən indeks gözləniləndən zəif açıqlandıqdan sonra Funt/Dollar məzənnəsi 1.3043$-a kimi 0.4% ucuzlaşıb. 


Bununla yanaşı, son günlər ABŞ ilə bağlı müsbət fundamental məlumatların açıqlanması da dolları bahalaşdırır və nəticədə funtun qiyməti də qismən ucuzlaşır. 


Təhlillərə əsasən, GBP/USD valyuta cütlüyünün qiyməti 1.3094$-ın altında qaldıqca, 1.3011, 1.2993 və 1.2978$-a kimi də ucuzlaşa bilər. 


Qiymətin yenidən bahalaşaraq, önəmli müqavimət səviyyələri rolunu oynayan, 1.3094-1.3160$ dəhlizinin yuxarı istiqamətdə qırılması proqnozları da güclü olaraq qalır. 


Bu gün Bakı vaxtı ilə saat 17:30-da açıqlanacaq Amerikanın əmək bazarı ilə bağlı önəmli fundamental məlumatlar da treyderlərin diqqət mərkəzindədir.