GBP/USD məzənnəsində 1 sentlik bahalaşma

07 Fevral 2019

Beynəlxalq valyuta birjalarında GBP/USD məzənnəsində başlayan bahalaşma, "Buğalar" üçün 260 punktluq əlavə imkan yaradıb.

GBP/USD məzənnəsində 1 sentlik bahalaşma

GBP/USD məzənnəsi Amerika sessiyasında 1.2854$-da dəstək görərək, 1.2953$-a kimi bahalaşıb. Bahalaşma İngiltərə Mərkəzi Bankının açıqlamalarına təsadüf etsə də texniki səbəblərlə əlaqələdirilir. 


Dolların aparıcı valyutalara nisbətən qiymətlərində son bir həftə ərzində müşahidə edilən 1.7%-lik bahalaşmadan sonra treyderlər gəlirlərini reallaşdırmağa başlaya bilər. Bununla yanaşı, dolların qiymətlərində bahalaşma ciddi müqavimət səviyyələrinə yaxınlaşıb. Bu da treyderlər üçün bazardan çıxmaq üçün əlavə ehtiyat səbəbi ola bilər. 


Təhlillərə əsasən, günün önəmli müqavimət səviyyəsini (1.2939$) qıran GBP/USD məzənnəsi, günün dəstək səviyyəsi (1.2854$) üzərində qaldıqca, 1.2979$-a kimi də bahalaşa bilər.