GBP/USD məzənnəsində bahalaşma davam edir

25 Yanvar 2019

GBP/USD valyuta cütlüyündə bahalaşma, önəmli müqavimət səviyyəsi sayılan 1.3093$-ı da yuxarı istiqamətdə qırılmaqla daha da sürətlənib.

GBP/USD məzənnəsində bahalaşma davam edir

GBP/USD məzənnəsi cari həftənin əvvəlindən etibarən başlatdığı artım dalğası, cümə axşamı 1.3093$ səviyyəsində müqavimətlə rastlaşmışdı. Bundan sonra 1.3013$-a kimi korreksiya edən qiymət, sözügedən səviyyədən dəstək alaraq, 1.3131$-a kimi bahalaşmaqda davam edib. Ümumilikdə isə qiymətin çərşənbə günü 1.3013$-ı yuxarı istiqamətdə qırması, qiymətin 1.3257$-a kimi də bahalaşa biləcəyi proqnozları gücləndirmişdi. Hal-hazırda isə bu senarinin şahidi oluruq.


Təhlillərə əsasən, cari bahalaşma 1.3174$-a kimi davam edə bilər və bu səviyyənin üzərində də möhkəmləndikdən sonra 1.3257$-a kimi bahalaşa bilər.