GBP/USD məzənnəsində dərinləşən korreksiya

29 Yanvar 2019

Beynəlxalq maliyyə bazarlarında GBP/USD məzənnəsinin cari həftənin müqavimət səviyyəsini qırmaqda çətinlik çəkdiyi müşahidə edilir.

GBP/USD məzənnəsində dərinləşən korreksiya

GBP/USD məzənnəsində bazar ertəsi ərzində müşahidə edilən korreksiya davam edir. Hal-hazırda 1.3147$-a ticarət edilən funt sterlinqin qiyməti, bazar ertəsinin dəstək səviyyəsini də qırarsa, korreksiyasının dərinləşə biləcəyi ehtimal edilir. 


GBP/USD məzənnəsi cari həftənin müqavimət səviyyəsini qırmadığı təqdirdə isə bahalaşma haqqında danışmaq tezdir. Fundamental baxımından da funta təzyiq edən Brekist amili investorların diqqət mərkəzindədir və bu gün İngiltərə parlamentində növbəti səs vermənin keçiriləcəyi gözlənilir. 


Təhlillərə əsasən, GBP/USD məzənnəsi 1.3129$-ı da aşağı istiqamətdə qıraraq, altında qalarsa, 1.3098$-a kimi ucuzlaşa bilər.