GBP/USD məzənnəsində korreksiya

04 Aprel 2019

Beynəlxalq valyuta birjalarında funtun qiymətləri investorların gözləmə mövqeyləri fonunda ucuzlaşmağa başlayıb.

GBP/USD məzənnəsində korreksiya

GBP/USD məzənnəsi Avropa sessiyasında 1.3190$-da müqavimətlə rastlaşaraq, ucuzlaşmağa başlayıb. 


Bu gün Böyük Britaniyanın yuxarı palatası hökümətin sazişsiz Breksit siyasətinin qarşısını alan qanun layihəsini müzakirə edir. Aşağı palata tərəfindən təsdiq edilən qanun layihəsi maliyyə bazarlarında sazişsiz Breksit risklərinin azalmasına səbəb olmuşdur. Bu, foreks bazarlarında GBP/USD məzənnəsinin 1.32$-a kimi bahalaşmasına da səbəb olmuşdur. 


Təhlillərə əsasən, funtun qiyməti 1.3200$-ın altında qaldıqca, 1.3112 və 1.3060$-a kimi ucuzlaşa bilər.