GBP/USD məzənnəsinin bahalaşması diqqət mərkəzində

24 Yanvar 2019

GBP/USD məzənnəsinin ardıcıl olaraq 1.3000 və 1.3072$-ı yuxarı istiqamətdə qırması, artım dalğasının davam edə biləcəyi proqnozlarını gücləndirir.

GBP/USD məzənnəsinin bahalaşması diqqət mərkəzində

GBP/USD məzənnəsi 1.3070$ səviyyəsində müqavimətlə rastlaşıb. Sözügedən səviyyə noyabr ayının 14-də yaranmış önəmli müqavimət səviyyəsidir. 


Qiymət 1.3072$-da müqavimətlə rastlaşsa da bu səviyyəni yuxarı istiqamətdə qıraraq 1.3093$-a kimi bahalaşması, qiymətin bahalaşmaqda davam edə biləcəyini proqnozlaşdırmağa əsas verir. Buna əsas verən digər önəmli texniki amil, 1.3000$-ın çərşənbə günü yuxarı istiqamətdə qırılmasıdır. 


Təhlillərə əsasən, qiymət 1.3072$-ın üzərində möhkəmlənərsə, bahalaşma 1.3174 və 1.3257$-a kimi də davam edə bilər.