GBP/USD təzyiq altında

15 Fevral 2019

İngiltərə höküməti ətrafında və xüsusilə də Breksit fonunda siyasi risklərin artması, foreks bazarlarında funtun təzyiq altında saxlamaqdadır.

GBP/USD təzyiq altında

İngiltərənin baş naziri Tereza Meyin yeni Breksit planının parlamentdə qəbul olunmaması, qaydasız Breksit fonunda narahatlıqların yenidən artmasına səbəb olub.

 

Beləliklə, baş nazirin mart ayının 29-una kimi İngiltərə parlamenti və Avropa Birliyi arasında razılığın əldə edə bilməsi ehtimalları və Breksit müddətinin uzadılması təklifininin də rədd edilməsi funta mənfi təsir etdi.


Qrafikə H1 zaman intervalında nəzər yetirdikdə də GBP/USD qiymətlərinin 1.2798 dəstək həddinə qədər enişinin şahidi oluruq.


Beləliklə, qiymətlər 1.29$-ın altında qaldıqca, enişin 1.2630 hədəfinə qədər davam edəcəyi proqnozlaşdırılır.


Əks halda, qiymətlər 1.2798 qiymətinin üzərində qaldıqca, 1.2898 və 1.2960 səviyyəsinə kimi bahalaşa bilər.