GBP/USD qiymətində ucuzlaşma 1.30$-a kimi sürətlənib

05 Fevral 2019

Beynəlxalq maliyyə bazarlarında avro kimi önəmli valyutaların dollara nisbətən qiymətlərində bahalaşma müşahidə edilsə də Funt/Dollar ucuzlaşır.

GBP/USD qiymətində ucuzlaşma 1.30$-a kimi sürətlənib

Beynəlxalq valyuta birjalarında aparıcı valyutaların dollara nisbətən qiymətlərində bahalaşma müşahidə edildiyi bir vaxtda funt sterlinqin ucuzlaşması daha da sürətlənib. Bu gün Böyük Britaniyanın xidmət sektorunda dair fundamental göstəricilərin proqnozlardan daha pis açıqlanması, funtun qiymətində son günlərin ucuzlaşması daha da sürərlənib. 


Bununla yanaşı, digər valyutalar, xüsusilə də avro ilə müqayisədə Breksit prosesi fonunda funtun daha çox təzyiq gördüyünün şahidi oluruq. Bu, özünü Böyük Britaniya iqtisadiyyatı ilə bağlı dərc edilən fundamental məlumatlarda da özünü göstərir. 


Təhlillərə əsasən, GBP/USD valyuta cütlüyünün qiyməti 1.2943$ və bu səviyyənin də altında qalarsa, 1.2878$-a kimi də ucuzlaşa biləcəyi proqnozlaşdırılır. 


Bu gün Bakı vaxtı ilə saat 19:00-da açıqlanacaq Amerikanın xidmət sektoru ilə bağlı önəmli fundamental məlumatlar da böyük maraqla gözlənilməkdədir.