GBP/USD qiymətində ucuzlaşma sürətlənə bilər

26 Sentyabr 2017

FED-in sərt siyasəti və "BREKSİT" danışıqları funtun qiymətinə təzyiqləri artırır.

GBP/USD qiymətində ucuzlaşma sürətlənə bilər

Beynəlxalq valyuta birjalarında Amerika Mərkəzi Bankının (FED) istiqraz balansını azaltması qərarı və Avropa Birliyi (AB) ilə İngiltərə arasında aparılan "BREKSİT" danışıqları, ilin başlaması ilə sürətlə bahalaşan funtun qiymətinə təzyiq etməyə başlayıb. 

Belə ki, 2017-ci ilin əvvəlindən etibarən 1.3657$-a kimi 14% bahalaşan funt sterlinqin qiyməti, son bir həftədir 1.34$ civarında ticarət edilməkdir. Yeni həftənin başlaması ilə isə funt/dollar məzənnəsi 1.3430$-a kimi 1.0% ucuzlaşıb və bu gün Avropa sessiyasında da ucuzlaşmaqda davam etdiyinin şahidi oluruq.

Texniki təhlillərə əsasən, bu gün Asiya sessiyasında qismən korreksiya edən və yenidən 1.3430$-a kimi ucuzlaşan GBP/USD məzənnəsi sözügedən səviyyənin altında qalarsa, eniş dalğası 1.3325 və 1.3154$-a kimi də sürətlənə bilər. Bu ssenariyə uyğun olaraq isə risk səviyyəsi 140 punkta kimidir, yəni "stoplosslar" 1.3570 səviyyəsində yerləşdirilə bilər. 

Qeyd etmək lazımdır ki, bu həftə İngiltərə ilə AB arasında BREKSİT danışıqlarının 4-cü mərhələsi başlayıb və yekun açıqlamaların cümə axşamı olacağı gözlənilir.