GBP/USD qiymətininin maksimumu yeniləməsi ehtimalları

28 Yanvar 2019

GBP/USD valyuta cütlüyünün qiyməti də Amerika sessiyasında bahalaşmağa başlayıb. 1.3187$-ın qırılması bu ehtimalları daha da gücləndirə bilər.

GBP/USD qiymətininin maksimumu yeniləməsi ehtimalları

Keçən həftənin sonlarında dolların aparıcı valyutalara nisbətən qiymətlərində müşahidə edilən ucuzlaşma, funtun da bahalaşmasına səbəb olmuşdur. Bununla yanaşı, Breksit ilə bağlı müsbət xəbərlərin yayımlanması da GBP/USD məzənnəsinə dəstək olmuşdur. Yeni həftənin ilk günü dolların qiymətlərində müşahidə edilən bahalaşma - korreksiya GBP/USD məzənnəsinin də 1.1337$-a kimi ucuzlaşmasına təsir etmişdir. 


Lakin Amerika sessiyasında digər avro kimi digər maliyyə alətlərinin dollara nisbətən qiymətlərində növbəti artım dalğasının başlamasına və günün maksimum səviyyələrini qırmasına baxmayaraq, GBP/USD məzənnəsində bu proses çətin baş verir. Belə ki, Funt/Dollar məzənnəsi 1.3174$-a ticarət edilməkdədir və günün maksimum səviyyəsi 1.3217$-dır.


Təhlillərə əsasən, GBP/USD məzənnəsi 1.3187$-ı yuxarı istiqamətdə qıraraq, üzərində möhkəmlənərsə, bundan sonra burada da bahalaşma tendensiyası sürətlənə bilər. Günün maksimum səviyyəsinin qırılması ilə isə GBP/USD məzənnəsi əlavə olaraq 1.3297 və 1.3362$-a kimi bahalaşa bilər.