GBP/USD: Ümumi baxış və texniki səviyyələr

25 Fevral 2019

Beynəlxalq valyuta birjalarında ən çox ticarət olunan GBP/USD məzənnəsində bu gün zəif volatillik gözlənilir, sabah isə güclü fundamental xəbərlər.

GBP/USD: Ümumi baxış və texniki səviyyələr

Foreks bazarlarında keçən həftə GBP/USD cütlüyünün qiyməti baxmayaraq ki 1.3059 səviyyələrində bağlamışdı, yeni həftənin ilk ticarət günü cütlük 1.3066 qiymətində ticarət olunmağa başladı. Qiymətlər 1.3068-1.3070 səviyyələrində dalğalanmaqdadır və nəzərə almaq lazımdır ki, sürətli hərəkətlilik sabah əsas fundamental xəbərlərdən sonra gözlənilir.


Bu gün isə daha dar intervalda hərəkət proqnozlaşdırılır. Belə ki, qiymərlərin 1.3090 səviyyəsinin üzərində möhkəmlənməsi fonunda yenidən sürətli hərəkətə başlaya bilər. 


Əks təqdirdə, aşağı hərəkət intensivliyinin artması üçün qiymətlərin 1.3020 səviyyəsinin altında qalmasını gözləmək lazım gələcək.