GBPUSD cütlüyündə aktivlik gözlənilir

18 İyun 2019

Ötən gün GBP/USD cütlüyünün qiymətlərində enişlərin şahidi olduq. Belə ki, qiymətlər 1.2531 səviyyəsinə qədər gerilədi.

GBPUSD cütlüyündə aktivlik gözlənilir

Bu gün Bakı vaxtı ilə 18.00-da Böyük Britaniya mərkəzi bankının rəhbəri M. Karninin çıxışı gözlənilir. Çıxışdan sonra bazarda aktivlik arta bilər. Mühüm texniki səviyyələrin keçilməsi isə bazar hərəkətliliyini bir qədər də artıra bilər. Qiymətlər yenidən 1.2601 səviyyələrinin üzərinə qalxa bilsə, o zaman artımlar 1.2643 səviyyələrinə qədər davam edə bilər.


Eniş istiqamətinda hərəkət sürətlənsə və qiymətlər 1.2505 səviyyəsinin altında qalsa, 1.2475 növbəti hədəf olacağı proqnozlaşdırılır.