Gələcək AMB sədrinin çıxışı gözlənilir

04 Sentyabr 2019

Avropa Mərkəzi Bank sədrliyinə namizəd olan Kristin Laqardin parlamentdə suallara cavabları investorların diqqət mərkəzindədir.

Gələcək AMB sədrinin çıxışı gözlənilir

Avropa Mərkəzi Bankının gələcək sədri Kristin Laqarde çərşənbə günü Bakı vaxtı ilə saat 13:30-da Avropa Parlamenti qarşısında çıxış edəcəkdir. Laqarde parlamentin iqtisadiyyat və valyuta komitəsi qarşısında xüsusilə mərkəzi bankın gələcək kursu ilə bağlı suallara cavab verəcəkdir. 

Qeyd etmək lazımdır ki, dövlət və hökümət başçıları iyulda KLaqardeni Mario Draqidən sonra AMB-nin sədri vəzifəsinə namizəd seçiblər. Yekun rəsmi qərar isə oktyabr ayında Avropa parlamenti ilə müzakirələrdən sonra veriləcəkdir.