"Google", "Amazon", "Facebook", "Apple" qarşı araşdırma

04 İyun 2019

Beynəlxalq maliyyə bazarlarında Amerika hökümətinin şirkətlərə qarşı nəzarət mexanizmlərini gücləndirməsi və günahlandırması diqqət mərkəzində qalmaqda.

"Google", "Amazon", "Facebook", "Apple" qarşı araşdırma

ABŞ adminstrasiyası "Google", "Amazon", "Facebook" və "Apple" fonunda araşdırmalara başlayıb. Araşdırma sözügedən şirkətlərin bazar güclərindən sui istifadə halları ilə bağlıdır. Bu, dünyada ilk və ən böyük texnologiya şirkətlərinə qarşı tədbir hesab edilir.


Yayılan xəbərlərə əsasən, Amerikanın rəqabətə nəzarət dövlət idarəsi (ing.: "Federal Trade Commission") və ədliyyə nazirliyi araşdırmaları ələ alıblar.


ABŞ prezidenti Donald Tramp əvvəllər də sosial mediyaya və axtarış motorlarına qarşı nəzarətin gücləndirilməsini tələb edirdi və mühafizəkar fikirləri internetdə məhdudlaşdırmaq ilə günahlandırırdı.