Gümüş 15.47$-a kimi ucuzlaşa bilər

26 Fevral 2019

Əlvan metallar bazarlarında gümüşün qiyməti 15.80$-a kimi ucuzlaşıb və beləliklə, 15.468$-a kimi də ucuzlaşa biləcəyi proqnozları güclənib.

Gümüş 15.47$-a kimi ucuzlaşa bilər

Beynəlxalq əlvan metallar bazarlarında gümüşün qiyməti Avropa sessiyasında 15.803$-a kimi ucuzlaşmaqla, bazar ertəsinin dəstək səviyyəsini də qırıb. Bu, eniş dalğasının keçən həftənin də dəstək səviyyəsinin qırılması ilə nəticələnə biləcəyi proqnozları gücləndirib.


Təhlillərə əsasən, gümüşün bir unsiya üzrə qiyməti bugünün müqavimət səviyyəsi (15.916$) altında qaldıqca, 15.721 və 15.468$-a kimi də ucuzlaşa bilər.