Gümüş 16$-a kimi bahalaşa bilər

11 Mart 2019

Beynəlxalq birjalarında qızıl ilə yanaşı, gümüşə olan tələbin də artması müşahidə edilməkdədir və 15$-ın üzərində qalarsa, 16$-a kimi dəyər qazana bilər.

Gümüş 16$-a kimi bahalaşa bilər

Beynəlxalq əlvan metallar bazarlarında bahalaşan metallar arasında gümüşün qiyməti də investorların diqqət mərkəzindədir. 


Avropa mərkəzi bankının cümə günü açıqladığı Avrozona iqtisadiyyatı və inflyasiyasına dair zəif proqnozlar dünyada iqtisadi risklərin artmasına işarədir. Belə olan şəraitdə "güvənli liman" maliyyə aləti kimi qızıl və gümüşə olan tələb də artır. 


Təhlillərə əsasən, gümüşün bir unsiya üzrə qiyməti keçən həftənin dəstək səviyyəsi - 14.955$-ın üzərində qaldıqca, 15.512 və 15.855$-a kimi də dəyər qazana bilər. 


Bu istiqamətdə hal-hazırda 15.267$-a təklif edilən qiymətin, 15.300$-ın üzərində möhkəmlənməsi investorlar üçün vacibdir.