Gümüş 16$-a kimi dəyər qazana bilər

25 Mart 2019

Əlvan metallar bazarlarında gümüşün qiymətində müşahidə edilən bahalaşma investorların diqqət mərkəzindədir və bahalaşma daha da güclənə bilər.

Gümüş 16$-a kimi dəyər qazana bilər

Gümüşün qiymətində gün ərzində müşahidə edilən bahalaşma cümə günün maksimum səviyyəsinin qırılması ilə nəticələnib və bu, bahalaşmanın güclənə biləcəyi proqnozlarını artırıb. 


Təhlillərə əsasən, gümüşün bir unsiya üzrə qiyməti 15.530$-ın üzərində möhkəmlənərsə, 15.614$-a kimi də dəyər qazana bilər. 


Qiymətin sonuncu səviyyənin üzərində möhkəmlənməsi isə gümüşün 15.683 və 15.855$-a kimi bahalaşmasını gücləndirə bilər. 


Bununla yanaşı, foreks bazarlarında dolların aparıcı valyutalara nisbətən qiymətləri də diqqət mərkəzində saxlanılmalıdır.