Gümüş ucuzlaşaraq minimumları yeniləyib

13 Fevral 2019

Əmtəə birjalarında gümüşün qiyməti ucuzlaşaraq, keçən həftənin dəstək səviyyəsini qırmaq üzrədir və bu baş verərsə, ucuzlaşma sürətlənə bilər.

Gümüş ucuzlaşaraq minimumları yeniləyib

Gümüşün (XAGUSD) qiyməti ucuzlaşaraq, cari həftənin minimum səviyyəsini yeniləyib. Dünya əmtəə birjalarında hal-hazırda 15.656$-a ticarət edilən gümüşün qiyməti, keçən həftənin dəstək səviyyəsini də qırarsa, ucuzlaşmanın dərinləşə biləcəyi proqnozlaşdırılır. 


Təhlillərə əsasən, gümüşün qiyməti 15.621$-ı aşağı istiqamətdə qırarsa, 15.509, 15.411 və 15.302$-a kimi də dəyər itirə bilər.