Gümüşdə 2%-lik ucuzlaşma proqnozları

05 Mart 2019

Beynəlxalq birjalarında gümüş qiymətinin ucuzlaşaraq, 15.16$-ı aşağı istiqamətdə qırması, eniş dalğasının 14.84$-a kimi davam edəcə biləcəyinə əsas verir.

Gümüşdə 2%-lik ucuzlaşma proqnozları

Gümüşün qiymətində ucuzlaşma davam etdməkdədir. Maliyyə bazarlarında bir unsiya üzrə qiymətin yanvar ayının önəmli dəstək səviyyəsi sayılan 15.16$-ı aşağı istiqamətdə qırması, eniş dalğasının əlavə olaraq 2%-ə kimi davam edə biləcəyi proqnozlarının güclənməsinə səbəb olub. 


Son günlər foreks bazarlarında dolların bahalaşması, əmtəə birjalarında fyuçerslərin ucuzlaşmasına səbəb olmaqdadır. 


Təhlillərə əsasən, gümüşün bir unsiya üzrə qiyməti 15.254$-ın altında qaldıqca, 14.843$-a kimi də dəyər itirə bilər. 


Bununla yanaşı, dolların aparıcı valyutalara nisbətən qiymətlərində də tendensiya diqqət mərkəzində saxlanılmalıdır.