Gümüşdə 5%-lik alış imkanı qüvvədə qalır

21 Fevral 2019

Foreksdə dolların ucuzlaşması, əmtəə birjalarında gümüşün qiymətləri ilə treyd edənlər üçün əlavə imkanlar yaradıb və 16.64$-a kimi də bahalaşa bilər.

Gümüşdə 5%-lik alış imkanı qüvvədə qalır

Beynəlxalq əlvan metallar bazarlarında Amerika sessiyasında gümüşün artım dalğası fonunda korreksiyasının şahidi oluruq. Qiymət çərşənbə günü 16.19$-a kimi bahalaşaraq, son yarım ilin maksimum səviyyəsini yenilədikdən sonra güclü müqavimətlə rastlaşmış və bu gün Avropa sessiyasında 15.82$-a kimi ucuzlaşmışdır. 


Lakin maliyyə bazarlarında gümüşün qlobal artım dalğasına davam edə biləcəyi proqnozları güclü olaraq qalmaqdadır. Amerika Mərkəzi Bankının (FED) cari il üzrə ehtiyatlı mövqeyi və əslində bir siyasi planının olmaması, dolların dünya birjalarında ucuzlaşmasını sürətləndirə bilər. Bu da öz növbəsində əmtəə birjalarında fyuçerslərin qiymətlərində artımı yenidən gücləndirəcəkdir. 


Təhlillərə əsasən, gümüşün qiyməti önəmli dəstək səviyyəsi (15.468$) üzərində qaldıqca, 16.470 və 16.640$-a kimi də dəyər qazana bilər. 


Lakin hal-hazırda cari həftənin müqavimət səviyyəsi (16.191) altında təklif edilən bir unsiya üzrə gümüşün qiymətinin, 15.910$-ın üzərində möhkəmlənməsini gözləmək lazımdır. Bundan sonra qiymət 15.962, 16.050 və 16.191$-a kimi dəyər qazana bilər.