Gümüşdə bahalaşma 15.51$-a kimi davam edə bilər

12 Mart 2019

Beynəlxalq əlvan metallar bazarlarında gümüşə olan tələbin artması treyderlərin diqqət mərkəzində və 0.8% dəyər qazana biləcəyi proqnozlaşdırılır.

Gümüşdə bahalaşma 15.51$-a kimi davam edə bilər

Əlvan metallar bazarlarında investorların daha çox diqqətini gümüşün bahalaşması çəkməkdədir və 15.38$-ın üzərində ticarət edilən bir unsiya üzrə qiymətin, əlavə olaraq 1% də dəyər qazana biləcəyi proqnozlaşdırılır. 


Təhlillərə əsasən, gümüşün bir unsiya üzrə qiymətinin keçən həftənin müqavimət səviyyəsini - 15.347$-ı qırması, 15.512$-a kimi də bahalaşmasını proqnozlaşdırmağa əsas verir. 


Qeyd etmək lazımdır ki, keçən həftənin cümə günü Avropa mərkəzi bankının gələcək iqtisadi gözləntilərinin aşağı düşməsi əlvan metallar bazarlarında qızıl və gümüşə olan tələbin artmasına səbəb olmuşdur.