Gümüşdə bahalaşma 15.67$-a kimi güclənə bilər

15 Mart 2019

Gümüşün fyuçerslərində bahalaşma, treyderlərin yenidən marağına səbəb olub və növbəti artım dalğası proqnozlarını gücləndirib.

Gümüşdə bahalaşma 15.67$-a kimi güclənə bilər

Beynəlxalq əlvan metallar bazarlarında gümüşün qiymətində müşahidə edilən ucuzlaşma önəmli müqavimət səviyyəsinə çatması, maliyyə bazarlarında "Buğaların" diqqətini yenidən cəlb etməyə başlayıb. 


Təhlillərə əsasən, gümüşün bir unsiya üzrə fyuçersləri 15.361$-ı yuxarı istiqamətdə qırarsa, 15.513 və 15.673$-a kimi də dəyər qazanmasına səbəb ola bilər.


Bununla yanaşı, foreks bazarlarında dolların qiymətlərində müşahidə edilən dalğalanma da treyderlərin diqqət mərkəzindədir.