Gümüşdə bahalaşma 16$-a kimi davam edə bilər

19 Fevral 2019

Beynəlxalq əmtəə birjalarında gümüşün gələcək qiyməti üçün 15.8-15.9$ səviyyələri önəmli sınaq olacaqdır.

Gümüşdə bahalaşma 16$-a kimi davam edə bilər

Gümüşün qiyməti keçən həftə 15.468$-a kimi ucuzlaşdıqdan sonra dəstək görərək, yenidən bahalaşmağa başlayıb. Bahalaşma artıq qiymətin keçən həftənin müqavimət səviyyəsinin qırılması ilə nəticələnib və qiymət 15.898$-a kimi də dəyər qazana bilər.


Lakin qiymətin bundan sonra hansı istiqamətdə inkişaf edəcəyi, sonuncu səviyyənin üzərində möhkəmlənə bilib-bilməyəcəyindən asılı olacaqdır. 


Təhlillərə əsasən, dünya əmtəə bazarlarında hal-hazırda 15.808$-a ticarət edilən gümüşün qiyməti, 15.844-15.898$ dəhlizinin üzərində möhkəmlənərsə, 16.160$-a kimi də dəyər qazana bilər. Qiymətin sözügədən səviyyələrdə güclü müqavimətlə rastlaşa biləcəyi proqnozları da güclü dəyərləndirilir. 


Qeyd etmək lazımdır ki, son günlər dünya iqtisadiyyatına dair müsbət xəbərlərin yayılması, əmtəə birjalarında da qiymətlərin bahalaşmasına müsbət təsir edir. Bu baxımından bugündən ABŞ ilə Çin arasında Vaşinqtonda başlayan görüş fonunda verilən bəyanatlar da investorların diqqət mərkəzindədir. 


Bununla yanaşı, dünya valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətlərində ucuzlaşma, misin qiymətinə də müsbət təsir edir.