Gümüşdə ucuzlaşma 14$-a kimi davam edə bilər

02 Aprel 2019

Beynəlxalq valyuta birjalarında dolların qiymətlərində bahalaşma, əlvan metallar bazarlarında gümüşün də ucuzlaşmasına səbəb olmaqdadır.

Gümüşdə ucuzlaşma 14$-a kimi davam edə bilər

Gümüşün qiymətində müşahidə edilən ucuzlaşma dalğasının daha da sürətlənə biləcəyi proqnozları artıb. 


Foreks bazarlarında dolların aparıcı valyutalara nisbətən qiymətlərində Amerika sessiyasında müşahidə edilən bahalaşma, əlvan metallar bazarlarında gümüşün də ucuzlaşmasına təsir edib. 


Təhlillərə əsasən, gümüşün bir unsiya üzrə qiyməti 14.955$-ı aşağı istiqamətdə qırarsa, 14.716 və 14.162$-a kimi də ucuzlaşa bilər. 


Bununla yanaşı, dolların qiymətləri də diqqət mərkəzində saxlanılmalıdır və bu gün Bakı vaxtı ilə saat 16:30-da ABŞ-dan açıqlanacaq önəmli fundamental məlumatlar da investorlar tərəfindən böyük maraqla gözlənilməkdədir.