Haker: 2019-ci ildə inflyasiya 2.1-2.2%-ə yüksələ bilər

26 Mart 2019

Beynəlxalq maliyyə bazarlarında FED-in pul siyasətini müəyyən edən komitə (ing.: "FOMC") üzvü Hakerin fikirləri investorların diqqət mərkəzində.

Haker: 2019-ci ildə inflyasiya 2.1-2.2%-ə yüksələ bilər

Amerika mərkəzi bankının Filadelfiya üzrə mərkəzinin sədri Patrick Harker Frankfurtda danışarkən dekabr ayında faiz artımını dəstəkləmədiyini bildirib. 


Nöqtə plotlarının çox azalmadığını bildirən Harker, inkişaf proqnozunun aşağı düşdüyünü vurğulayıb. 


İstiqraz alışı proqramı sayəsində FED-in büdcəsində toplanan balansda ödənmə tarixinin qısadılması mövzusunda isə üzvlərin həmfikir olduğunu deyən "FOMC"-nin üzvü, bunun gələcəkdə siyasət üçün əlavə imkanlar açdığını əlavə edib. 


Bununla yanaşı, Haker cari il ərzində inflyasiyanın 2.1-2.2%-ə kimi yüksələcəyini bildirib.