Hökümət sazişsiz Breksitə qarşı qanunu qəbul etdi

05 Sentyabr 2019

Beynəlxalq maliyyə bazarlarında hökümətin sazişsiz Breksitə qarşı qanuna maneə yaratmayacağı vədi müsbət qarşılanıb.

Hökümət sazişsiz Breksitə qarşı qanunu qəbul etdi

İngiltərə höküməti sazişsiz Breksitin qarşısını alacaq yeni qanun layihəsinə qarşı müqavimətini qaldırır. Cümə axşamı səhər verilən məlumatlara əsasən, iqtidar müxalifətlə yeni qanun layihəsinə qarşı parlamentin yuxarı palatasında maneə yaratmayacağı ilə bağlı razılaşıb. Beləliklə, yeni qanunun parlamentin tətilə buraxılmasına kimi qəbul olunması artıq dəqiqləşib və cümə gününə kimi yuxarı palata keçməsi gözlənilir. 

Layihə çərşənbə günü baş nazir Boris Consonun iradəsinə qarşı üç oxunuşda qəbul edilib. Qanuna əsasən, baş nazir Avropa Birliyi ilə oktyabrın 19-a kimi Breksit sazişi razılaşdıra bilməsə oktyabrın 31-dən sonra müzakirəlin müddətini üç ay uzatmalıdır. 

Hökümətin fikirlərini dəyişməsi səbəbləri aydın olmasa da yeni parlament seçkisinin çağırılması üçün müxalifətə ehtiyacı vardır. Consonun aşağı palatadan oktyabrın 15-i üçün yeni seçkinin keçirilməsini istəməsi uğursuz olub və müxalifət daha öncə qanunun qəbulunu tələb edib. 

Beləliklə, bazar ertəsi hökümətin yeni seçki qərarı üçün deputatların üçdə ikisini qazanması cəhdləri böyük maraqla gözlənilməkdədir.