Hökümət yeni Breksit sazişini açıqlayacaq

21 May 2019

Beynəlxalq maliyyə bazarlarında İngiltərə höküməti tərəfindən yeni Breksit sazişinə dair açıqlamaların olacağı yayılıb.

Hökümət yeni Breksit sazişini açıqlayacaq

İngiltərə baş naziri Tereza Meyin sözçüsü yeni Breksit müqaviləsinə dair məlumatların bu gün təqribən Bakı vaxtı ilə saat 20:00-da açıqlanacağını deyib. 


Bununla yanaşı, aşağıdakı açıqlamalar da verilib: 


- Hökümətin kabineti parlamentə təqdim olunacaq yeni Breksit müqaviləsini müzakirə edib; 


 - Yeni saziş alternativ razılaşmaları, əmək hüquqlarını, ətraf mühit və "backstop"vəziyyətində ölkənin bütövlüyü üzrə təminatı özündə ehtiva edir;


 - Parlamentin Avropa birliyi ilə gələcək münasibətlərdə rol oynayacağı müzakirə edilib;


 - İndikativ səsvermə üçün vaxt müəyyənləşdirilməyib; 


 - Yeni müqavilənin parlamentdən keçməsi üçün yeni aspektləri olmalıdır.