Hollandiya Mərkəzi Bankı: Qərar düzgün deyil

13 Sentyabr 2019

Beynəlxalq maliyyə bazarlarında Avropa Mərkəzi Bankının yeni maliyyə qərarının tənqidlərlə qarşılanması "Buğaları" küsdürə bilər.

Hollandiya Mərkəzi Bankı: Qərar düzgün deyil

Hollandiya Mərkəzi Bankının sədri Klaas Knot Avropa Mərkəzi Bankının (AMB) sonuncu monetar siyasət qərarını ciddi tənqid edib. "Geniş tədbirlər paketinin, xüsusilə də istiqraz alışı proqramının bərpası cari iqtisadi şərtlərə cavab vermir və təsirliyinə şübhələr üçün kifayət qədər səbəblər vardır", deyə Knot mərkəzi bankın internet səhifəsində cümə günü məlumat yazıb. Məlumatda deflyasiya və böhrana dair bir işarənin olmaması vurğulanır. 

Sədrinin fikirlərinə əsasən, Avrozona iqtisadiyyatı tamamilə yüklənib və tam gücü ilə böyüyür. Bununla yanaşı, əmək haqlarının da artması proqnozlaşdırılır. Cari yumşaq maliyyə şərtləri nə kredit təminatını, nə də istehlaka və investisiyalara maneə deyil. Əsas problem güvənilən yatırım aktivlərinin olmamasıdır. Bu isə daşınmaz əmlak bazarında sürtünməyə səbəb olur. 

Cari zəifləyən inkişaf dinamikası şəraitində AMB-nin inflyasiya hədəfinə çatması uzun vaxt alacaqdır, baxmayaraq ki, hədəflənməyən deyil. 

İstiqraz alışı proqramı (ing.: "QE") da AMB-nin idarə heyətində mübahisəli qərar idi. Yayılan xəbərlərə əsasən, Kont ilə yanaşı, Almaniya, Fransa, Avstriya və Estoniya "QE" proqramına qarşı olublar.