Honkonqda yenidən güclənən etiraz dalğası

02 Oktyabr 2019

Beynəlxalq maliyyə bazarlarında Çindən növbəti mərhələyə yüksələn etiraz aksiyaların iqtisadi riskləri də artırır.

Honkonqda yenidən güclənən etiraz dalğası

Honkonqda sonuncu mitinqlərdə güllələnən 18 yaşlı etirazçının vəziyyəti stabildir. Bu haqda açıqlamanı çərşənbə günü xəstaxana edib. 

Cavan oğlan çərşənbə axşamı ağır qarşıdurma zamanı polis tərəfindən yaralanıb. Aylardır davam edən demokratiya və insan haqları fonunda etriraz aksiyalarında güc qüvvələri tərəfindən xəbərdarlıq atəşləri açılsa da sözügedən hadisə ilkdir. 

Sosial şəbəkələrdə yayılan videoda cavan oğlanın dəyənəklə polisə hücum etdiyi və qarşı tərəf isə revolverdən atəş açıb. 

Qeyd etmək lazımdır ki, etirazçılar son beş ay ərzində davam edən proseslərdə polis zorakılığının müstəqil araşdırılmasını, 1500 nəfərdən çox tutulan şəxslərin əfvini, mitinqlərin statusunun aşağı salınmasını və azad seçkiləri tələb edirlər.