"IAEA": İranda zənginləşdirilmiş nüvə ehtiyatı artıb

02 İyul 2019

Beynəlxalq maliyyə bazarlarında İranın Vyana nüvə sazişinin maddələrini pozması xəbəri qlobal siyasi və iqtisadi risklərin artmasına işarədir.

"IAEA": İranda zənginləşdirilmiş nüvə ehtiyatı artıb

Beynəlxalq nüvə enerjisi qurumunun (ing.: "IAEA") bazar ertəsi verdiyi məlumata əsasən, İran ilk dəfə olaraq aşağı zənginləşdirilmiş uran ehtiyatı limitini aşıb. Təşkilat sədri Yukiya Amano bu haqda BMT-yə də məlumat verib. 


Bununla da İran tərəfi ABŞ-ın sanksiya siyasətinə qarşı reaksiya vermiş olur. Amerika höküməti 2018-ci ildə sazişdən ayrıldıqdan sonra sanksiyalarını daha da gücləndirib. İdxal və ixrac sayəsində yumşaldılan vəziyyət sayəsində iqtisadi cəhətdən dirçələn İranın imkanları, ABŞ-ın yeni sərt siyasəti ilə məhdudlaşdırıldı. Sazişə sadiq qalan ölkələr, Rusiya, Çin, Fransa, İngiltərə və Almaniya son zamanlar sazişin bərpa edilməsinə çalışırdılar. 


BMT-nin general katibi Antonio Quterres və AB xəbərdən narahatlıqlarını bildiriblər və İranın əməkdaşlıq etdiyi ölkələrlə bərabər sazişə sadiq qalmasını istəyiblər. 


Qeyd etmək lazımdır ki, Vyana nüvə razılaşmasına əsasən, icazə verilən limit 300 kiloqramdır. 2015-ci ildə imzalanan nüvə sazişinin məqsədi Tehranın nüvə silahı düzəltməsinin qarşısı almaq idi. Ehtiyatlara icazə verilən limit ilə yanaşı, İran uranın 3.67%-dən çox zənginləşməməsinə də imkan verməməlidir. Sonuncu maddəni isə Tehran iyul ayının 7-də pozmağı planlaşdırır.