İlin sonu dollara olan yatırımlar artır

24 Dekabr 2019

2019-cu ilin son həftəsində ABŞ dollarının dəyər qazanmasının əsas səbəbləri növbəti ildə qeyri-müəyyənliyin artacağı ehtimallarıdır.

İlin sonu dollara olan yatırımlar artır

Növbəti ildə qeyri-müəyyənliyin artacağı ehtimalları isə öz növbəsində investorların marağını az riskli və gəlirliliyi digər aparıcı valyutalara nisbətən daha çox olan dollara yönəldir. 

Təhlillərə əsasən, ilin sonuna qədər EUR/USD məzənnəsinin 1.1100 – 1.1070, GBP/USD mənəzəsinin isə 1.2895-1.2975 diapazonunda ticarət olunacağı proqnozlaşdırılır.