İlk bank olaraq mənfi faiz siyasətini dayandırdı

19 Dekabr 2019

Beynəlxalq maliyyə bazarlarında proqnozlaşdırıldığı kimi İsveç Mərkəzi Bankı ilk bank olaraq mənfi faizini sıfıra yüksəldib.

İlk bank olaraq mənfi faiz siyasətini dayandırdı

İsveç Mərkəzi Bankı ilk böyük bank olaraq mənfi faiz siyasətini dayandırıb. Raysbankın cümə axşamı verdiyi rəsmi məlumata əsasən, mənfi 0.25% uçot faiz dərəcəsi 0%-ə yüksəldilib. 

Maliyyə bazarlarında da bu addım proqnozlaşdırılırdı, çünki mərkəzi bank uzun müddətdir ifadələrinə buna hazırlıq görürdü.