İnflyasiyada artım funtun ucuzlaşmasına səbəb ola bilər

19 Sentyabr 2018

"BoE"-nin uçot faiz artımı siyasətinə baxmayaraq, ölkədə inflyasiya artmaqda davam edir. Funt sterlinqə qarşı təzyiqlər yenidən güclənə bilər.

İnflyasiyada artım funtun ucuzlaşmasına səbəb ola bilər

İngiltərənin milli statistika mərkəzinin çərşənbə günü verdiyi məlumata görə, İngiltərədə istehlak qiymətləri avqust ayında aylıq olaraq 0.7% artaraq, illik dinamikanın 2.7%-ə çatmasına səbəb olub. Analitiklər aylıq inflyasiyada 0.5%-lik artım, illik artım dinamikasının isə 2.5% səviyyəsinə kimi azalacağını proqnozlaşdırırdılar. Beləliklə, göstəricinin son iki aydır artdığı müşahidə edilir. Aprel-iyun ayları ərzində inflyasiya son bir ilin minimum səviyyəsində möhkəmləndikdən sonra iyul və avqust ayında 2.4%-dən 2.7%-ə kimi yüksəlib. 


İngiltərənin Avropa Birliyindən (AB) ayrılması (ing.: "BREXIT") qərarından sonra funt sterlinqin ucuzlaşması, ölkədə inflyasiyanın 3.0%-ə kimi yüksəlməsinə təsir etmişdir. Bu vəziyyət ölkənin iqtisadi inkişaf dinamikasının zəifləməsinə (1.3%) səbəb olmaqla yanaşı, "BoE"-ni də uçot faiz dərəcəsini artırmağa məcbur etmişdir. 


İnflyasiyanın yenidən artması, funt sterlinqin avqust ayında 1.27$-a kimi ucuzlaşmasına ilə əlaqədar ola bilər. Sentyabr ayında isə GBP/USD məzənnəsi yenidən 1.31$-ın üzərində ticarət edilir və məzənnədə bahalaşma davam edərsə, "BoE" növbəti faiz artımı ilə inflyasiyanın qarşısını almağa məcbur qalmaz. Digər tərəfdən "BREXIT" qeyri-müəyyənliyi də iqtisadiyyatda qiymət artımlarına - inflyasiyaya səbəb kimi göstərilə bilər. Bu zaman isə inflyasiyanın artmasına baxmayaraq, "BoE"-nin də faiz artımına getməsi böhranı daha da dərinləşdirə bildiyi üçün bundan vaz keçə bilər. Bu, vəziyyəti daha da çətinləşdirir və funt sterlinqdə ucuzlaşma növbəti dövrünə başlaya bilər. 


Beynəlxalq valyuta birjalarında GBP/USD məzənnəsi hal-hazırda 1.31$-a ticarət edilməkdədir.