İngiltərə: AB artıq sazişi dəyişməlidir

05 Avqust 2019

Böyük Britaniyanın Breksit naziri Stiven Barkley Avropa birliyini (AB) ölkəsinin birliyi tərk etməsi sazişində dəyişikliyə icazə verməsini tələb edib.

İngiltərə: AB artıq sazişi dəyişməlidir

Böyük Britaniyanın Breksit naziri Stiven Barkley Avropa birliyini (AB) ölkəsinin birliyi tərk etməsi sazişində dəyişikliyə icazə verməsini tələb edib. May ayında Avropa parlament seçkilərindən sonra "siyasi reallıqlar" dəyişilib, deyə Barkley mediaya açıqlamasında bildirib. Belə ki, parlamentdə artıq deputatların yarıdan çoxu yenidir. Buna görə də AB Breksit naziri Mişel Barnierə icazə verməlidir ki, keçmiş İngiltərə naziri ilə razılaşdırılan sazişi də dəyişə bilsin. 

Qeyd etmək lazımdır ki, Brüssel bunu sərt şəkildə rədd edir və sadəcə gələcək münasibətlərə dair siyasi açıqlamaya əlavələr edilə biləcəyini bildirir. Yeni baş nazir Boris Conson isə sazişsiz belə olsa Böyük Britaniyanı AB-dən ayıracağını vurğulayır. 

Ölkədə dəymiş zərərin qarşısını almaq üçün isə baş nazir xəstəxanalara 1.8 milyard funt sterlinq maliyyə yardımı da ayırmağı planlaşdırır. Bu vəsaitlə klinikalar yeni avadanlıqlar ala biləcəklər. Bununla da Conson seçki vədinə - milli səhiyyə xidmətinə daha çox dəstək olacağı vədinə də sadiq qalmış olur. Müxalif "Labour" partiyası isə bu maliyyə yardımının illərdir davam edən kəsintilərin konpensasiya edə bilməyəcəyini deyir. 

ABŞ prezidenti Donald Tramp isə Böyük Britaniya ilə Breksitdən sonra ticarət sazişini yalnız London böyük internet şirkətlərinə qarşı rəqəmsal verginin tətdbiqi dayandıracağı təqdirdə imzalayacağını bildirib. İngiltərənin maliyyə nazirinin açıqlamasında əsasən, sözügedən vergilərin 2020-ci ilin aprel ayında tətbiqi planlaşdırılır və bu daha çox Amerikanın "Google" və "Facebook" şirkətlərinə aid ediləcəkdir. 

Londonda ticarət naziri isə şənbə günü açıqlamasında bildirir ki, İngiltərənin baş naziri ilə ABŞ prezidenti arasında telefon danışıqlarında razılığın əldə edildiyi bir neçə dəfə bəyan edilib. İki ölkə Breksitdən sonra tez bir zamanda azad ticarət sazişi imzalamaq niyyətindədirlər. Ticarət və investisiyalar üzrə artıq işçi qrupu yaradılıb və danışıqların mümkün olduğu qədə tez bir zamanda başlanılmasına hazırlıq gedir. 

Fransa isə rəqəmsal vergi mövzusunda baxmayaraq ki, Avropa səviyyəsində bu mövzu ətrafında qəti qərar yoxdur, artıq ilk addını atıb. Tramp isə qərarın ağılsız olduğunu və cəza tədbirlərinin olacağı ilə təhdid edib.