İngiltərə: AB təkliflərə cavab verməlidir

03 Oktyabr 2019

Beynəlxalq maliyyə bazarlarında Avropa Birliyi tərəfindən qərarın açıqlanmaması Breksit fonunda qeyri-müəyyənliyi artırır.

İngiltərə: AB təkliflərə cavab verməlidir

İngiltərə baş naziri Boris Conson Breksit sazişinin razılaşdırılması işində Brüsseldən yaxınlaşmasını istəyib. Baş nazir cümə axşamı Londonda parlament qarşısında çıxışı zamanı yeni Breksit təklifləri ilə bağlı böyük çeviklik nümayiş etdirdiklərini vurğulayıb. Bundan sonra Avropa Birliyindən qərarın verilməsi gözlənilir. 

Avropalılar lazım olan iradəni göstərməsələr, Böyük Britaniya oktyabrın 31-də birliyi sazişsiz tərk etməyə məcbur qalacaqdır. 

Baş nazirin yeni təklifi bekstop maddəsinə alternativ olaraq mürəkkəb qaydaları əks etdirir ki, bu da sərhəd yoxlamalarını tələb edir. Bekstop maddəsi Şimali İrlandiya ilə İralndiya arasında sərhəd yoxlamalarını qadağan edir. 

Qeyd etmək lazımdır ki, İrlandiya tərəfi yeni sənədin bekstopun bütün məqsədlərini ödəməməsi qənaətindədir.