İngiltərə AB-yə təkliflərini təqdim etdi

19 Sentyabr 2019

Dünya birjalarında İngiltərə tərəfindən təqdim edilən bekstop maddəsinə alternativlər haqqında sənədə dair AB-nin mövqeyi diqqət mərkəzindədir.

İngiltərə AB-yə təkliflərini təqdim etdi

İngiltərə höküməti Avropa Birliyinə (AB) sazişdə dəyişikliyə dair ilk dəfə yazılı təklif irəli sürüb. Bu haqda məlumatı cümə axşamı AB Komissiyası verib. Sənədlərin AB tərəfindən arzu edilən "yazılı təkliflər" olduğu əvvəlcə yoxlanılmalıdır, deyə Komissiyanın sözcüsü deyib və cümə günü İngiltərənin baş müzakirəçisi Ştefen Barkley ilə AB-nin baş müzakirəçisi Mişel Barnier arasında görüşün olacağı haqqında məlumat verib. 

İngiltərənin baş naziri Boris Conson razılaşdırılan Breksit sazişində xüsusilə bekstop maddəsinin ləğvinə çalışır. Bu maddə AB-nin İrlandiya ilə Şimali İrlandiya arasında açıq sərhədin saxlanılmasına dair zəmanət tələbini nəzərdə tutur. Bu istiqamətdə iki tərəf arasında razılaşma olmasa, Conson ölkəsini AB-dən oktyabrın 31-də sazişsiz olaraq ayıracaqdır. AB-nin Komissiya sədri Jan-Klod Yunker isə sonuncu çıxışında bekstop maddəsinin əvəzlənməsində Londondan dəqiq təkliflər tələb etmişdir. 

Britaniya höküməti təqdim edilən sənədi "İngiltərənin bugünə kimi təklif etdiyi ideyaların bir sıra məxfi texniki qeyri-rəsmi sənədlərinin toplusu" adlandırıb. Hökümət sözcüsü əlavə edir ki, onlar təkliflərini rəsmi yazılı olaraq AB onları konstruktiv müzakirə etməyə hazır olduqda təqdim edəcəklər.