İngiltərə, Avropa və Türkiyə Mərkəzi Bankları

13 Sentyabr 2018

Bu gün beynəlxalq valyuta birjalarında nadir günlərdən biri yaşanılır və dollar, avro, funt və lirənin məzənnələrində dalğalanma güclənə bilər.

İngiltərə, Avropa və Türkiyə Mərkəzi Bankları

Dünya birjalarında bu gün üç mərkəzi bank tərəfindən açıqlanacaq faiz qərarı öncəsi EUR/USD və GBP/USD məzənnələri müvafiq olaraq 1.16 və 1.30$ üzərində ticarət edilməkdədir. USD/TRY məzənnəsi isə 6.33TL-yə kimi ucuzlaşıb.


Bakı vaxtı ilə saat 15:00-da İngiltərə və saat 15:45-də Avropa Mərkəzi Bankları tərəfindən açıqlanacaq faiz qərarlarında dəyişiklik gözlənilməsə də, saat 15:00-da yayımlanacaq Türkiyə Mərkəzi Bankında 22%-ə kimi artım gözlənilir. Bu, beynəlxalq birjalarında dolların 1% ucuzlaşmasına səbəb ola bilər.


Bununla yanaşı, Bakı vaxtı ilə saat 16:30-da baş tutacaq Avropa Mərkəzi Bank sədrinin çıxışı da investorlar tərəfindən böyük maraqla gözlənilir.