İngiltərə, Avrozona, ABŞ və Qızıl

01 İyul 2020

Beynəlxalq valyuta birjalarında dolların 1%-ə kimi bahalaşacağı proqnozları avro və funtu təzyiq altında saxlamaqdadır.

İngiltərə, Avrozona, ABŞ və Qızıl

Avrozonada inflyasiyanın 0.3%-ə yüksəlməsi və bunun ABŞ-dan açıqlanan 0.1%-lik inflyasiya göstəricisindən yüksəl olması, EUR/USD məzənnəsinin bahalaşmasına səbəb olmuşdur. Lakin Amerika və Asiya sessiyalarında məzənnə yenidən 1.13$-ın altında müqavimətlə rastlaşaraq, ucuzlaşmağa başlayıb. Təhlillərə əsasən, avronun qiyməti 1.13$-ın altında qaldıqca, ucuzlaşma 1.11$-a kimi davam edə bilər. 

İngiltərə iqtisadiyyatı ilə bağlı dərc edilən inkişaf göstəriciləri isə mənfi açıqlansa da burada da ABŞ və Avrozona ilə müqayisədə nisbətən yaxşı iqtisadi vəziyyət GBP/USD məzənnəsinin bahalaşmasına səbəb olmuşdur. Asiya sessiyasında funtun dollara nisbətən məzənnəsi müqavimətlə rastlaşaraq, ucuzlaşmağa başlayıb. Beləliklə, funtun qiyməti 1.24$-ın altında qalarsa, 1.22$-a kimi yenidən ucuzlaşa bilər. 

Amerika iqtisadi göstəricilərinin Avrozona və İngiltərə iqtisadiyyatları ilə bağlı göstəricilərə nisbətən zəifləsə də dolların aparıcı valyutalara nisbətən orta qiymətində texniki səbəblərlə əlaqədar 1%-ə kimi bahalaşma proqnozlaşdırılır. Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 18:00-da Amerikanın sənaye sektoru üzrə önəmli göstəricinin dərci də böyük maraqla gözlənilməkdədir. Sözügedən göstərici üzrə güclü artımın olacağı ehtimal edilir. Saat 22:00-da yayımlanacaq FED-in son toplantı protokolu da diqqət mərkəzində saxlanılmalıdır. 

Ümumilikdə iqtisadi və Breksit, ABŞ-Çin gərginləşən siyasi münasibətlər kimi rikslərin artması, əlvan metallar bazarlarında qızıla olan tələbi yenidən artırmışdır. Bir unsiya üzrə qiymət son yeddi ilin maksimumunu yeniləyərək, bahalaşmaqda davam edir və qiymət 1765$-ın üzərində qaldıqca, 1826$ - son səkkiz ilin maksimumuna kimi dəyər qazanacağı proqnozlaşdırılır.