İngiltərə Bankı cari siyasətinə davam edir

01 Noyabr 2018

İngiltərə Mərkəzi Bankı Breksit fonunda ehtiyatlı mövqeyi maliyyə bazarları iştirakçılarının diqqət mərkəzindədir. Funtun qiymətində bahalaşma zəiflədi.

İngiltərə Bankı cari siyasətinə davam edir

İngiltərə Mərkəzi Bankı (ing.: "BoE") cari pul-kredit siyasətinə davam edir. Bankın cümə axşamı açıqladığı rəsmi məlumatlarda uçot faiz dərəcəsi 0.75% səviyyəsində saxlanılıb. Faiz bu səviyyəyə avqust ayında artırılmışdı. Maliyyə bazarlarında da dəyişiklik gözlənilmirdi, çünki Breksit danışıqları tam bitməyib. İngiltərənin Avropa Birliyindən razılıq əldə edilmədən ayrılması, ölkə üçün ən böyük iqtisadi risk hesab edilir. 


Faiz qərarı bankın idarə heyətində yekdilliklə qəbul olunub. İqtisadi inkişaf və inflyasiya gözləntiləri də uyğunlaşdırılıb. Bununla yanaşı, bank istehsal potenisalının da tam istifadə olunduğu qənaətindədir. Bu isə iqtisadiyyatın tam yükləndiyini göstərir. Bank Breksitə reaksiyasını da tam müəyyən etməyib, yəni hər iki istiqamət gözlənilir: Siyasətini daha da sərtəşdirə və ya yenidən yumşalda bilər. 


Məlumatların açıqlanması dünya birjalarında funtun qiymətinə güclü təsir etməyib. Əksinə, son günlər müşahidə edilən artım dalğasını zəiflədib. Hal-hazırda 1.29$-ın üzərində ticarət edilməkdədir.