İngiltərə Bankı faizini 0.25%-ə saldı

11 Mart 2020

İngiltərənin mərkəzi bankı çərşənbə günü gözlənilmədən iqtisadi zərərlərin qarşısını almaq və maliyyə dəstəyi vermək üçün yeni siyasətini açıqlayıb.

İngiltərə Bankı faizini 0.25%-ə saldı

İngiltərə Bankı (ing.: "BoE") uçot faiz dərəcəsini 0.75%-dən 0.25%-ə salıb. Bu isə 2016-ci ilin avqust ayından etibarən ilk azaltma qərarıdır. Bununla yanaşı, bank açıqlamasında "Covid-19" fonunda iqtisadi təsirlərin məlum olmamasına baxmayaraq, aktivliyin gələcək aylarda azalacağını və lazım olacağı təqdirdə əlavə tədbirlər də görəcəyini bildirib. 

Bank virus böhranı fonunda yayımladığı tədbirlər paketində kiçik sahibkarlara gələcək 12 ay ərzində sərfəli maliyyə alətləri də təklif edəcəkdir. Bununla da müvəqqəti tətillərlə uzun davam edə biləcək iqtisadi zərərlərin qarşısının alınmasına, şirkətləri və insanların fəaliyyətlərinə davam etmələrinə nail olunmağa çalışılır. 

Qeyd etmək lazımdır ki, bundan öncə FED də faizlərini azaltmışdır, Avropa Mərkəzi Bankı isə qərarını cümə axşamı açıqlayacaqdır.