İngiltərə Bankı faizini 0.75%-də saxladı

07 Fevral 2019

Böyük Britaniyada hökm sürən Breksit qeyri-müəyyənliyi şəraitində İngiltərə Mərkəzi Bankı da uçot faiz dərəcəsinə toxunmayıb.

İngiltərə Bankı faizini 0.75%-də saxladı

İngiltərə Mərkəzi Bankı (ing.: "BoE") gözlənildiyi kimi uçot faiz dərəcəsini dəyişməyib, 0.75% səviyyəsində saxlayıb. Bu haqda cümə axşamı məlumat verilib. Qərar idarə heyətinin doqquz üzvü tərəfindən yekdilliklə verilib. Uçot faiz dərəcəsi keçən ilin yay aylarından bu səviyyəddir.


Qeyd etmək lazımdır ki, ölkədə iqtisadi qeyri-müəyyənlik hpkm sürür. Belə ki, Böyük Britaniyanın mart ayında Avropa Birliyindən çıxması planlaşdırılır və bugünə kimi tərk etmənin iki tərəf arasında razılaşdırılmış yolla baş verəcəyi bilinmir.