İngiltərə Bankı faizləri azaltmağa tələsmir

30 Yanvar 2020

İngiltərə Mərkəzi Bankının idarə heyətində faiz azaldılmasının tərəfdarlarının sayında artım ehtimal edilsə də bu baş verməyib.

İngiltərə Bankı faizləri azaltmağa tələsmir

İngiltərə Mərkəzi Bankının (ing.: "BoE") pul-kredit siyasətində proqnozlaşdırıldığı kimi dəyişiklik olmasa da idarə heyətində faiz azaldılmasının tərəfdarlarının sayında artım ehtimal edilsə də bu baş verməyib. 

İngiltərə Bankı cümə axşamı açıqladığı pul-kredit sityasəti qərarında uçot faizini 0.75% səviyyəsində, istiqraz alışı proqramının illik həcmini də 435 milyard funt sterlinq səviyyəsində saxlayıb. 

İdarə heyətində isə faiz azaldılmasının tərəfdarlarının 2-dən 3-ə yüksəlməsi proqozlaşdırılsa da bu, özünü doğrultmayıb.