İngiltərə Bankı: İqtisadiyyat 14% kiçiləcək

07 May 2020

İngiltərə iqtisadiyyatının ikinci rübdə azalacağı, inflyasiyanın da İngiltərə Mərkəzi Bankının altında olacaqdır.

İngiltərə Bankı: İqtisadiyyat 14% kiçiləcək

İngiltərə Mərkəzi Bankı (ing.: "BoE") cümə axşamı faiz qərarını açıqlayarkən, inflyasiya hesabatında zəifləyən iqtisadiyyat fonunda nikbinliyini də itirməyib. 

İngiltərə Bankı uçot faiz dərəcəsini yekdilliklə 0.10% səviyyəsində saxlamaqla, istiqraz alışı proqramını (ing.: "QE") da 645 milyard funt sterlinqə kimi davam etdirəcəyini, komitənin iki üzvünün isə sözügedən proqramın artırılmasını tələb etdiyini açıqlayıb. Maliyyə bazarlarında isə uçot faiz dərəcəsində dəyişikliyin olmayacağı yanında, "QE" proqramının mart ayında 45% artırılmasından sonra yenidən 625 milyard funta salınacağı proqnozlaşdırılırdı. Bu xəbər GBP/USD məzənnəsinin gün içində 1.2417$-a kimi 0.9% bahalaşmasına səbəb olmuşdur. Qiymət yenidən ucuzlaşır. 

Rüblük inflyasiya hesabatında mərkəzi bankın sədri iqtisadiyyata dair "İqtisadi gücün ciddi səviyyədə azalması qaçılmaz olub" kimi ifadələrlə ölkədəki iqtisadi vəziyyətə ehtiyatlı yanaşmanı göstərib. Lakin növbəti ifadələrdə sakitliyin də qorunmasına çalışılıb. Belə ki, İngiltərə iqtisadiyyatı zamanla, baxmayaraq ki, qlobal maliyyə böhranı zamanı bu, tez bir zamanda baş tutmuşdur, yaxşılaşacaqdır. 

Bununla yanaşı, iqtisadiyyatın ikinci rübdə 30% kiçilməsi ilə ilk yarım il ərzində azalacağı, beləliklə, cari il ərzində ümumi inkişafın 14% azalacağı proqnozlaşdırılır. 2021-ci ildə isə 15, 2022-ci ildə isə 3%-lik inkişaf ehtimal edilir. 

İnflyasiyanın da aşağı yanacaq qiymətləri və zəif tələb fonunda bankın 2%-lik hədəfinin altında olacağı gözlənilir. Proqnozlara əsasən, 2020-ci ildə illik istehlak qiymətlərinin artım dinamikası 0.6, 2021-ci ildə 0.5% və 2022-ci ildə yenidən artaraq 2% olacaqdır.