İngiltərə Bankı uçot faizini 0.75%-də saxladı

19 Sentyabr 2019

Beynəlxalq maliyyə bazarlarında getdikcə artan sazişsiz Breksit təhlükəsinə baxmayaraq, bank siyasətində dəyişiklik etmədi.

İngiltərə Bankı uçot faizini 0.75%-də saxladı

İngiltərə Mərkəzi Bankı (ing.: "BoE") oktyabrın sonunda baş tutacaq Breksit tarixinə az qalmış, yumşaq monetar siyasətinə davam etməkdədir. Belə ki, uçot faizi cümə axşamı 0.75% səviyyəsində saxlanılıb. Mütəxəssislər də Breksit qeyri-müəyyənliyinə baxmayaraq, siyasətin dəyişməz qalacağını ehtimal edirdilər. 

Baş nazir Boris Conson oktyabrın 31-də ölkəsini Avropa Birliyindən ayırmağı planlaşdırır. Bu tarixə kimi AB ilə saziş imzalanmasa, ölkı iqtisadi zərərlərlə üz-üzə qalacaqdır.