İngiltərə Bankında faiz qərarı açıqladı - GBP bahalaşdı

14 Sentyabr 2017

Ingiltərə Mərkəzi Bankı faiz ilə bağlı qərarını açıqladıqdan sonra GBP/USD məzənnəsi 1.3337$-a kimi sürətlə bahalaşmağa başlayıb.

İngiltərə Bankında faiz qərarı açıqladı - GBP bahalaşdı

Ingiltərə Mərkəzi Bankı (ing. "BoB") aşağı faiz dərəcəsində dəyişiklik etmədi. Bankın cümə axşamı açıqladığı rəsmi məlumatlara görə, uçot faiz dərəcəsi 0.25% ilə tarixi rekord səviyyədə saxlanılıb. Qərar maliyyə bazarlarında da gözlənilirdi. Bununla yanaşı, ölkənin birinci bankı istiqraz alışı proqramının həcminin də 435 milyard funt sterlinq səviyyəsində saxlayıb. 

Qeyd etmək lazımdır ki, "BoB" keçən ilin yayında keçirilən BREKSİT refendumundan sonra faiz dərəcəsini cari səviyyəyə kimi endirmişdi. Bu, refendumdan sonra ölkədə yaranan siyasi qeyri-müəyyənliklər fonunda iqtisadi inkişaf risklərinin qarşısını almaq üçün edildi. 

Lakin buna baxmayaraq, son aylar ölkədə inflyasiyanın son beş ilin maksimum səviyyəsinə kimi artması da, inkişaf səviyyəsinin gücünü zəiflədə biləcəyinə işarədir. 

Məlumatın açıqlanmasından sonra GBP/USD məzənnəsi 1.3337$-a kimi 1.5% bahalaşıb.